Abunə olmaq üçün mail qeydi

Для подробной информации

Телефон :
+994 70 222 77 72
Адрес :
Kazım Kazımzadə 145
WhatsApp
Telefon
İnstagram
Haqqımızda

Bizim şirkət Bakı və ətraf bölgələrdə yaşayış və qeyri-yaşayış binalarının tikintisi, sənaye və mülki obyektlərin inşası, hündürmərtəbəli tikililər və iri obyektlərin qurulması üzrə peşəkar xidmətlər göstərir. Mühəndislik və tikinti sahəsində illərin təcrübəsi sayəsində hər layihəni keyfiyyət, dəqiqlik və təhlükəsizlik prinsiplərinə uyğun həyata keçiririk.

Bizim komandamız təcrübəli mühəndis, dizayner və usta heyətindən ibarətdir və layihənin planlaşdırılmasından başlayaraq tikinti işlərinin tamamlanmasına qədər bütün mərhələlərdə müştəri məmnuniyyətini təmin edir. Hər bir tikinti layihəsində müasir texnologiyalar və keyfiyyətli materiallar tətbiq olunur ki, nəticədə uzunömürlü və estetik baxımdan cəlbedici obyektlər əldə edilir.

Bizim xidmətlərimiz aşağıdakı sahələri əhatə edir:

  • Yaşayış və qeyri-yaşayış binalarının tikintisi

  • Sənaye və mülki obyektlərin inşası

  • 24 metrədək və 24 metrdən yuxarı binalar

  • 65 metrədək və 65 metrdən yüksək hündürmərtəbəli tikililər

  • Iri obyektlərin tikintisi (tutumu 5 min nəfərədək və daha çox)

  • Xüsusi torpaq işləri, svaylama və enmə quyularının qurulması

  • Beton, dəmir-beton, metal və ağac konstruksiyaların hazırlanması və montajı

  • Fasad işləri, izolyasiya və üzlük sistemləri

Şirkətimizin fəaliyyətini təsdiq edən Lisenziya Sertifikatlar mövcuddur. Bu sənədlər bizə etibarlı, sertifikatlı və peşəkarxidmət göstərmək imkanı verir. Həmçinin, layihələrimizdə müasir tikinti standartları, təhlükəsizlik qaydaları və keyfiyyət nəzarəti daim tətbiq olunur.

Bizim məqsədimiz yalnız tikinti işlərini tamamlamamaq, eyni zamanda müştərilərimiz üçün uzunömürlü, təhlükəsiz və estetik obyektlər yaratmaqdır. Bizimlə əməkdaşlıq edən hər kəs layihənin bütün mərhələlərində şəffaflıq və peşəkarlıqla təmin olunur.

Peşəkarlığımız təkcə təcrübəmizlə deyil, həm də rəsmi sənədlərimizlə təsdiqlənir. Yüksək riskli və mürəkkəb tikinti işlərini icra etmək üçün tələb olunan bütün dövlət lisenziyalarımız mövcuddur. Keyfiyyətimiz sertifikatlı, xidmətimiz zəmanətlidir.